NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda payızlıq taxıl əkininə başlanılıb. Taxılçılar çalışırlar ki, əkini nəzərdə tutulan müddətdə başa çatdırsınlar. Bunun üçün bütün imkanlardan istifadə olunur. Hələlik 2560 hektar sahədə şum edilib. Bunun yarısından çoxu əkin üçün hazırlanıb. 430 hektara isə toxum səpilərək suvarılıb.
Qeyd edək ki, rayonun bütün kəndlərində sahələrin şumlanması və əkin üçün hazırlanması işləri davam etdirilir. Rayon İcra Hakimiyyətində yaradılmış qərargahın üzvləri və mütəxəssislər şumun dərinliyinə, sahələrin malalanmasına, toxumun təmizliyinə və dərmanlanmasına daimi nəzarət edirlər.