Kəngərlidə maarifləndirici tədbir keçirilib

297

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonu Yurdçu kəndində ailə  təsərrüfatları üçün maarifləndirici tədbir keçirilib.

Təsərrüfat sahiblərinə məlumat verilib ki, muxtar respublikada 3050-dən  artıq  bitki növü var. Onlardan 800-ü müxtəlif xəstəliklərin  müalicəsində istifadə edilən  qiymətli dərman bitkiləridir.

 Muxtar respublikanın digər bölgələrinə nisbətdə Kəngərli rayonu ərazisində dərman bitkilərinin növ sayı az olsa da, burada toplanan kəklikotu, dazıotu, nanə, həmənsur, qaraqınıq kimi dərman bitkiləri müxtəlif xəstəliklərin müalicəsi üçün mühüm əhəmiyyətə malikdir. Təsərrüfat sahibləri bu bitkiləri toplayıb qablaşdırmaqla həm daxili bazara, həm də respublikanın digər bölgələrinə ixrac etməklə yaxşı qazanc əldə edə bilərlər.

Sonda sahibkarlara dərman bitkilərinin toplanması, qurudulması qaydaları ilə bağlı  bukletlər paylanılıb.

     

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: