Kəngərlidə gənclərin sağlamlığı diqqət mərkəzindədir

128

Bu gün muxtar respublikamızda gələcəyimiz olan gənc nəslin hərtərəfli yetişməsi diqqət mərkəzində saxlanılan prioritet məsələlərdəndir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin mərkəzində də bu ali məsələ dayanır. Bu siyasətin uğurla icrası nəticəsində qədim diyarımızda hərtərəfli biliyə, zəngin dünyagörüşə malik, milli köklərə bağlı, vətənpərvərlik hislərinin daşıyıcısı olan, azərbaycançılıq ideologiyasina sadiq gənclər yetişdirilir.

Muxtar respublikamızın bütün bölgələrində yaradılan idman ocaqları və gənclərin bu ocaqlara cəlb edilməsi, burada müxtəlif idman yarışlarının keçirilməsi, həmçinin məktəbdaxili və məktəbdənkənar fiziki tərbiyə dərslərinin diqqət mərkəzində saxlanılması gənc nəslin fiziki cəhətdən inkişafına yönəlmiş addımlar kimi qiymətləndirilir.

Bu gün Kəngərli rayonunda da gənc nəslin fiziki sağlamlığı diqqət mərkəzində saxlanılır. Belə ki, rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq gənclər idman məktəbi, o cümlədən ümumtəhsil məktəblərində keçirilən fiziki tərbiyə dərsləri rayon gəncliyinin fiziki sağlamlığının inkişafına öz töhfəsini verir. Rayon Gənclər və İdman İdarəsi və Uşaq gənclər idman məktəbinin tərkibində 127 qrupda 2 min 271 rayon gəncinin boks, voleybol, atletika, stolüstü tennis, futbol və s. idman növləri ilə məşğul olması qeyd edilənləri bir daha sübut edir. Bu gənclər həm müxtəlif idman növləri ilə məşğul olur, yarışlarda iştirak edir, həm də fiziki cəhətdən sağlam vətəndaş kimi  böyüyürlər.

Kəngərli rayonunda gənc nəslin fiziki inkişafında, yuxarıda da qeyd etdiyimiz kimi, ümumtəhsil məktəblərində keçirilən fiziki tərbiyə dərslərinin xüsusi əhəmiyyəti vardır. Ümumtəhsil məktəblərində keçirilən fizik tərbiyə dərsləri yalnız gənc nəsildə fiziki inkişafa səbəb olmur, həm də onlarda əməyə rəğbət, dözümlülük və sair kimi mənəvi keyfiyyətlərin formalaşmasına xidmət edir.

Anar QASIMOV

                                                                           “Yeni həyat” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: