Kəngərlidə forel balığı yetişdirilir

259

Muxtar respublikada fəaliyyət göstərən  “Qızıl xallı” forel  balıqçılıq   təsərrüfatında bu il  6 tondan çox  balıq satılıb.

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon ərazisində fəaliyyət göstərən balıqçılıq təsərrüfatında 60 irili-xırdalı hovuzda çox sayda  balıq bəslənir. Yaxın günlərdə hovuzlara 40 min Fransa sortu damazlıq balıq da gətirilib. Hovuzlara su Qarabağlar kəndinin məşhur  Asnı bulağından çəkilib. Şübhəsiz  ki, ən qiymətli balıq növü olan forelləri bəsləmək  böyük zəhmət, qayğı tələb edir. Bunun üçün hovuzlar yenidən qurulub. Balıqların yaxşı bəslənməsi üçün infrastruktur yaradılıb. Təsərrüfatda 6 nəfər çalışır.

Forel balıqları təxminən 7-8 aya tam böyüyür. Balıqların çəkisi 250-300 qrama çatdıqdan sonra  satışa çıxarılır.

                                                                                   Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: