Kəngərlidə 36 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunub

100

NUHÇIXAN-a Kəngərli Rayon Statistika İdarəsindən verilən məlumata görə, Kəngərli rayonunda 2018-ci ilin yanvar-oktyabr aylarında 15 milyon 900 min 900 manat dəyərində sənaye məhsulu istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 1,1 faiz çoxdur. Rayonda bu müddətdə 36 milyon 12 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub və ötən illə müqayisədə müvafiq dövründəki göstəricini 3,9 faiz üstələyib. Bu dövr ərzində Kəngərli rayonunda diri çəkidə 1974 ton ət, 8318 ton süd istehsal edilib. Rayonda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1 milyon 123 min ton yük, 1 milyon 848 min 300 nəfər sərnişin daşınıb. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği isə 426,0 manat təşkil edib  və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: