Kəngərli rayonunda növbəti yarmarka keçirilib

193

NUHÇIXAN xəbər verir ki, növbəti yarmarkaya istehsal müəssisələri və ailə təsərrüfatlarından 60 müxtəlif çeşiddə 7 tondan artıq kənd təsərrüfatı məhsulu satışa çıxarılıb. Məhsullar  digər ticarət obyektlərinə nisbətən 15-20 faiz ucuz olub.

Bu cür yarmarkaların keçirilməsində məqsəd  torpaq mülkiyyətçilərinin istehsal etdikləri məhsulların rahat şəkildə  bazara çıxarılmasına şərait yaratmaq və  süni qiymət artımının qarşısını almaqdır.

Cavid Səfərli

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: