Kələm turşusunun sağlamlıq üçün 5 mühüm faydası

177

Kələm turşusu qışın ən populyar məhsuludur. Kələm turşusu sağlamlığımız üçün olduqca vacib probiotik, prebiotik, qidalı liflər, fermentlər və vitaminlərlə zəngindir. Kələm turşusu əsl müalicəvi məhsuldur.

NUHÇIXAN sizi kələm turşusunun insan sağlamlığı üçün mühüm faydaları ilə tanış edir.

1. Bağırsaqların sağlamlığını qoruyur

Kələm turşusu həm probiotik, həm də prebiotiklərlə zəngindir. Kələmin tərkibində olan probiotiklər (lakto- və bifido bakteriyalar) bağırsaqların mikroflorasını yaxşılaşdırır, ziyanlı mikrofloranın miqdarını azaldır. Prebiotiklər isə faydalı mikrofloranın qorunması və çoxalmasını təmin edir.

Həmçinin qıdalı liflərlə zəngin olan kələm turşusu bağırsaqların normal fəsliyyətini təmin edir, qəbizliyin qarşısını alır.

2. Xolesterinin səviyyəsini aşağı salır

Qidalı liflərin sayəsində kələm turşusu xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damarların sağlamlığını qoruyur.

3. İmmun sistemini möhkəmləndirir

Bağırsaqların sağlam mikroflorası güclü immunitetin əsas şərtidir.

Bağırsaqların mikroflorasını yaxşılaşdırmaqla kələm turşusu immun sistemini də möhkəmləndirir, virus və infeksiya xəstəliklərinin riskini azaldır.

4. Damarları möhkəmləndirir

C vitamini ilə zəngin olduğundan kələm turşusu damarlar üçün çox faydalıdır. C vitamini damarların divarlarını möhkəmləndirir, damarların elastikliyini artırır, damarların partlaması riskini azaldır.

5. Arıqlamağa kömək edir

Qidalı liflər və tartron turşusu sayəsində kələm piylərin orqanizmdə yığılmasına mane olur, arıqlamağa kömək edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: