Kəngərlidə canavarlar sürüyə hücum edib

74

Kəngərli rayonunun Böyükdüz kənd sakinlərinin qoyun sürüsünə  canavarlar xeyli ziyan vurub.

NUHÇIXAN xəbər verir ki, hadisə aprelin 23-də axşam saat 19-20 radələrində baş verib. Kənd sakinlərinə məxsus olan min  baş davar otlaqdan qayıdarkən canavarlar sürüyə hücum edərək 63 baş xırdabuynuzlu heyvanı tələf edib, 35 baş qoyun və keçini yaralayıblar.

Hadisə yerində olan mütəxəssislər yaralı heyvanlara baytarlıq xidməti göstərib, tələf olan davarlar isə dərmanlanıb və basdırılıb.

Hadisə nəticəsində ən çox ziyan çəkən kənd sakini Aydın Heydərovdur. Ona  məxsus  davarların 48 başı ölüb, 23 başı isə yaralanıb.

 Əbülfəz Dünyamalıyev

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: