Kəngərlidə 2 min 792 sığorta müqaviləsi bağlanılıb

259

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda sığorta işinin təşkili və qarşıda duran vəzifələrlə  bağlı  tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Kəngərlidə sığorta fəaliyyətinin təşkili sahəsində görülən  işlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, muxtar respublikamızın sosial-iqtisadi inkişafında əhəmiyyətli rola malik sığorta, gözlənilməz hadisələr baş verdikdə vətəndaşlara dəyən maddi zərərlərin ödənilməsinə təminat verir. Kəngərli rayonu üzrə cari ilin ilk 7 ayında, ümumilikdə, 2 min 792 sığorta müqaviləsi bağlanıb. Onlardan 528-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 1159-u isə daşınmaz əmlakın icbari sığortası üzrə olub. Könüllü sığortalar üzrə isə 1093 müqavilə bağlanılıb.

Tədbirdə rayonda vətəndaşlar arasında sığorta maarifləndirilməsi işlərinə diqqətin daha da artırılması və ayrı-ayrı sığorta növləri üzrə işlərin genişləndirilməsinin zərurəti də vurğulanıb.

Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: