“İzahlı dilçilik terminləri lüğəti” çapdan çıxıb

84

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın tərtibatçılığı ilə “İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub.

NUHÇIXAN xəbər verir ki, lüğətin baş redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi redaktoru isə professor Sayalı Sadıqovadır. Nəşrin rəyçiləri akademik Nizami Cəfərov və professor Qəzənfər Kazımovdur.

Vəsaitdə elmi-tədqiqat və tədris prosesində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifi və şərhi yer alıb. Lüğətdə dilçilik terminlərinin geniş, daha dolğun izahı verilib, həmçinin terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əksini tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: