İyunda Şotlandiyada Avropa Həndbol Federasiyasının illik konqresi keçiriləcək

116

İyunun 19-20-də Şotlandiyanın paytaxtı Qlazqoda Avropa Həndbol Federasiyasının (EHF) illik konqresi keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından NUHÇIXAN-a bildirilib ki, texniki komissiyanın iyunun 18-nə təyin olunan iclası da daxil olmaqla konqresin proqramı və səsverməyə çıxarılacaq mövzular artıq təsdiqlənib.

Konqresdə EHF-in prezidentinin, baş katibinin, texniki, yarış, metodiki, çimərlik həndbolu komissiyalarının və qanuni nümayəndənin hesabatları dinləniləcək. Həmçinin 2016-2018-ci illərə dair maliyyə hesabatları təqdim olunacaq, bu il üçün büdcə təsdiqlənəcək.

Konqresdə federasiyanın sabiq prezidenti Jan Brihaultın başçılıq etdiyi işçi qrupunun 2020-ci ildən sonra EHF-də struktur dəyişikliyi ilə əlaqədar tövsiyələri nəzərə alınıb. Bununla yanaşı, milli federasiyalar tərəfindən də təkliflər irəli sürülüb. Norveç konqreslərə müstəqil müşahidəçi dəvət edilməsini, Slovakiya nümayəndələrin təyin olunmasında peşəkarlıq məsələsinin nəzarətdə saxlanılmasını, İsveçə həndbolçuların idman geyimlərinin üzərindəki reklamların əks olunmasını təklif edib.

EHF-in konqresində müzakirəyə çıxarılacaq digər məsələlər arasında 2019–cu ildəki dünya çempionatının Avropa təsnifat turnirinin püşkünün atılması, Avropa Həndbol Federasiyasinin 15-ci illik konqresinin, 2022-ci və 2024-cü illərdə keçiriləcək kişilər və qadınlar arasında Avropa çempionatlarının təşkil olunacağı yerlərin seçilməsi və s. də var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: