İtaliyanın tanınmış kinoaktyorunun 80 illik yubileyi Bakıda qeyd ediləcək

123

Sentyabrın 9-dan 13-dək Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano açıq hava film festivalı” keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, İtaliya səfirliyi tərəfindən təşkil edilən festivalda Adriano Çelentanonun çəkildiyi ən məşhur və sevilən filmləri təqdim olunacaq: “Blef”, “Dəlicəsinə aşiq olan”, “Tuz”, “İnadkarın ram edilməsi” və “Məxmər əllər”.

Açıq hava nümayişləri “Landmark Rotunda Roof Garden”nin ətrafında keçiriləcək. Film rus subtitrləri ilə orijinal dildə olacaq. Giriş pulsuzdur.

Qeyd edək ki, aktyor, müğənni, bəstəkar, rejissor və şoumen kimi tanınan Adriano Çelentano 1938-ci ildə Milanda doğulub. Uzun və müvəffəqiyyətli karyerası zamanı ümumi tirajı 200 milyonu keçən 40 albom buraxıb.

1958-ci ildə gənc Çelentano film sənayesində karyerasına Federiko Fellininin 1960-ci ildə ekranlaşdırdığı “Dolce Vita”da rok müğənnisi rolunda başlayıb. 1969-cu ildə Pietro Cerminin “Serafino” filmində baş rolun qəhrəman kimi yaratdığı obraz ona şöhrət qazandırıb. Bir aktyor olaraq Çelentano əksəriyyəti komediya olmaqla təxminən 40 filmdə çəkilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: