İtaliya A Seriyası: “İnter” sonuncu turda qələbə qazanaraq Çempionlar Liqasına vəsiqə qazanıb

75

Futbol üzrə İtaliya A Seriyasının sonuncu turu çərçivəsində növbəti oyunlar keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun maraqla gözlənilən oyunu “Olimpiko” stadionunda baş tutub. “Lazio” “İnter” klubunu qəbul edib. Oyunun 9-cu dəqiqəsində meydan sahibləri hesabı açıblar. Cinah ötürməsindən sonra top “İnter”in oyunçusu Perişicə dəyərək qapıdan keçib – 1:0. Qarşılaşmanın 29-ci dəqiqəsində qonaqlar Deabrossionun sayəsində hesabı bərabərləşdiriblər – 1:1.

Birinci hissənin əsas vaxtına iki dəqiqə qalmış Simyone İnzaqinin yetirmələri yenə də irəli çıxıblar. Filip Anderson fərqlənib – 2:1.

Gərgin keçən birinci hissədə baş hakim Canluka Rokki 5 sarı vərəqə göstərib. Fasilədən sonra matçın 78-ci dəqiqəsində qayda pozuntusuna görə hakim Luliçi meydandan kənarlaşdırıb və meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. “Nerazdura”nın kapitanı Mario İkardi fülsəti əldən verməyib – 2:2. Qoldan sonra irəli atılan “İnter” klubu öz istədiyinə 81-ci dəqiqədə catıb. Künc zərbəsindən sonra Matias Veçino baş zərbəsi ilə oyunda son nöqtəni qoyub – 2:3. Beləliklə görüş “İnter”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər maraqla gözlənilən oyun “San Siro” stadionunda keçirilib. “Milan” “Fiorentino”nı qəbul edib. Oyun 5:1 “rossoneri”in qələbəsi ilə yekunlaşıb. Djenaro Qatuzzonun yetirmələrinin heyətində Hakan Çalxanoğlu, Kutrone (2), Kaliniç və Bonaventura, “Fiorentino”un heyətində isə Simyone fərqləniblər.

Turun digər oyunlarında nəticələr:

“Yuventus” – “Verona” – 2:1

“Kalyari” – “Atalanta” – 1:0

“Kievo” – “Bonevento” – 1:0

“Spal” – “Sampdoriya” – 3:1

“Napoli” – “Kratone” – 2:1

“Udineze” – “Bolonya” – 1:0

“Sasuolo” – “Roma” – 0:1.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: