İsveçrədə UEFA-nın sabiq prezidentinə qarşı təhqiqatlar dayandırılıb

121

İsveçrə prokurorluq orqanları UEFA-nın sabiq prezidenti Mişel Platiniyə qarşı cinayət təqibini dayandırıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə M.Platininin vəkili mətbuata açıqlamasında bildirib.

FIFA-nın sabiq prezidenti Yozef Blatterdən qeyri-qanuni yolla 2 milyon İsveçrə frankı məbləğində vəsait almaqda ittiham olunan M.Platini ilə bağlı ədliyyə orqanları bundan sonra təhqiqat aparmayacaq. Vəkil qeyd edib ki, indi FIFA rəsmiləri Fransa futbolunun 62 yaşlı funksionerinin üzərindən futbol sahəsində fəaliyyətə dair qadağanın ləğv edilməsi üçün “cəsarət və vicdan” nümayiş etdirməlidirlər. Əgər FIFA cəzanı ləğv etməzsə, o zaman vəkillər bütün müvafiq hüquqi addımlardan istifadə edəcəklər.

İsveçrə Federal Prokurorluğu isə hazırda Platini ilə bağlı cinayət təqibinin dayandırılmasını inkar etməyib. Prokurorluqdan bildiriblər ki, yenidən şübhəli məqamlar ortaya çıxacağı təqdirdə cinayət işinə baxılması aktuallığını bərpa edəcək.

Qeyd edək ki, FIFA-nın Etika Komissiyası qeyri-qanuni ödənişlərlə bağlı həm Yozef Blatteri, həm də Mişel Platinini tutduqları vəzifədən uzaqlaşdırmaqla yanaşı, onların səkkiz il müddətində futbol sahəsində fəaliyyətinə qadağan qoymuşdu. Sonradan cəza müddəti azaldılsa da, Platininin vəkilləri 2019-cu ilin oktyabrında başa çatmalı olan cəza müddətinin indidən ləğv olunmasında israr edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: