İsveçrədə təyyarə qəzası nəticəsində 20 nəfər həlak olub

182

İsveçrədə baş verən təyyarə qəzasında 20 nəfər həlak olub.

NUHÇIXAN İsveçrə mətbuatına istinadla xəbər verir ki, İkinci dünya müharibəsindən öncə istehsal edilən “Junkers” markalı “Ju-52“ tipli təyyarə ölkənin Qraubünden dağlıq massivində dəniz səviyyəsində 2500 metr yüksəklikdə qəzaya uğrayıb.

İsveç polisinin verdiyi məlumata görə, iki pilot, bir ekipaj üzvündən başqa təyyarədə 17 sərnişin – on dörd İsveçrə və üç Avstriya vətəndaşı olub. Dağlıq ərazidə turistik uçuşlar təklif edən “Ju-Air” şirkətinə məxsus olan təyyarənin hansı səbəbdən qəzaya uğraması məlum deyil. Əlverişsiz dağlıq ərazi xilasedicilərin hadisə yerinə yaxınlaşması və qəzanın səbəbinin müəyyənləşdirilməsini əlavə olaraq çətinləşdirir.

İkinci dünya müharibəsi və ondan sonra hərbi məqsədlər üçün geniş istifadə edilən bu hərbi təyyarələrin bir qismi hələ də turizm şirkətləri tərəfindən istifadə edilir. Qəzaya uğrayan təyyarə isə 1981-ci ildə İsveçrə Silahlı Qüvvələrinin balansından çıxarıldıqdan sonra eyni markalı digər iki təyyarə ilə birlikdə “Ju-Air” tərəfindən alınıb. Şirkətin yaydığı məlumatda indiyədək 14 mindən artıq sərnişinə xidmət edən təyyarənin texniki cəhətdən işlək vəziyyətdə olduğu və baş vermiş qəza ilə əlaqədar digər eynimarkalı təyyarələrlə də uçuşların dayandırıldığı qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: