İsveçrənin internet portalında Ulu Öndərin xatirəsinə həsr olunmuş məqalə dərc edilib

110

İsveçrənin www.zeitung.ch internet portalında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc olunub.

NUHÇIXAN xəbər verir ki, “Azərbaycan xalqı ümummilli liderin xatirəsini yad edir” başlıqlı məqalədə xarizmatik şəxsiyyət, görkəmli dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin vəfat etməsindən 15 il ötdüyü qeyd edilib.

Məqalədə dahi öndərin ötən əsrin 70-ci illərində Azərbaycanın sürətli iqtisadi-sosial tərəqqisində oynadığı mühüm rol, ölkənin bütün istehsal sektorlarında qısa müddət ərzində əldə edilən nailiyyətlər statistik göstəricilər əsasında təqdim olunub. Heydər Əliyevin sovet dövründə Azərbaycanda hakimiyyətdə olduğu illər ərzində 1969-cu illə müqayisədə dövlət gəlirləri 2,7 dəfə artdı, ümumi istehsalat həcmi son 30 ilin ümumi istehsalatından iki dəfə yüksək oldu. Məqalədə rəqəmlərin dili ilə Azərbaycanın yüksəlişi və bu yüksəlişdə Heydər Əliyev fenomeninin oynadığı mühüm rol diqqətə çatdırılıb.

Məqalədə, həmçinin Ulu Öndərin Azərbaycanda yenidən hakimiyyətə gəlişindən sonra göstərdiyi fəaliyyətə də nəzər yetirilib. Qeyd edilib ki, qısa müddət ərzində Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində atəşkəsə nail olan Heydər Əliyev ölkədə ciddi quruculuq işlərinə və neft siyasətinə təkan verdi. Azərbaycanda demokratik dövlət quruculuğuna xüsusi fikir verən Heydər Əliyev ölkənin Avropa Şurasına və digər nüfuzlu beynəlxalq təşkilatlara üzv olmasına nail oldu. Onun uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə qarşılıqlı maraqlara xidmət edən münasibətlər qurub və bu münasibətlər günü-gündən inkişaf etməkdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: