İsveçlilər ölkənin ən çirkin şəhərini müəyyən ediblər

216

İsveçlilər ölkənin ən çirkin şəhərini müəyyən ediblər.

NUHÇIXAN İsveç KİV-lərinə istinadla xəbər verir ki, “Arkitekturupproрet” (memarların qiyamı) qeyri-hökumət təşkilatının sosial şəbəkələrdə keçirdiyi sorğunun nəticələrinə görə, Dalarna əyalətində yerləşən Borlenqe şəhəri krallığın ən çirkin şəhəri adlandırılıb.

Səsvermədə 7 min respondent iştirak edib. Onlardan min nəfəri öz səslərini Borlenqe şəhərinə verib. Antireytinqdə ikinci və üçüncü yerləri müvafiq olaraq Vesteros və Hessleholm şəhərləri tutublar. İlk üçlüyün ardınca Umeo, Karlskuqa, Södertelye, Flen, Boros, Yunqbyu və Bolnesin adları çirkin şəhərlər sırasında çəkilib.

“Arkitekturupproрet” təşkilatında belə izah ediblər ki, onların aksiyası qədim, maraqlı taxta evlərin və gözəl daş binaların sökülərək, funksional, lakin memarlıq nöqteyi-nəzərindən “darıxdırıcı” binalarla əvəz edilməsi nəticəsində şəhərlərin mərkəzlərinin eybəcərləşməsinə ölkə ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyır. Yeri gəlmişkən, təşkilat bu tikililəri “qutu” adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: