İstixana kompleksində keyfiyyətli məhsul yetişdirilir

211

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan bağları”  istixana kompleksində 5 hektara yaxın sahədə 6 sortda pomidor əkini keçirilib.Mövsüm boyu əhalinin tərəvəz məhsullarına tələbatını ödəmək üçün kompleksdə şitillər müəyyən zaman intervalında əkilib. Hazırda isə sentyabr ayının sonlarında əkilən bitkilərdə becərmə işləri görülür. Noyabr ayının sonlarında isə məhsul yığımı planlaşdırılır.

İstixanada müasir texnologiyaların tətbiqi bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir. Burada yetişdirilən məhsullar daxili təlabatı ödəməklə yanaşı paytaxt Bakı və ölkənin digər şəhərlərinə də göndərilir. Ötən ildən başlayaraq istixanada yetişdirilən pomidor   Rusiyaya da yola salınır.

Bu il kompleksdə gül kələm, kahı, brokoli də  əkilib.

Novruz Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: