İstirahət kompleksində işlər yekunlaşmaq üzrədir

738

Muxtar respublikamızda həyata keçirilən quruculuq işləri çərçivəsində istər böyüklərin, istərsə də uşaqların mənalı istirahəti üçün xüsusi obyektlər inşa olunur.  2014-cü ildə  Naxçıvançay vadisində  Əyləncə və İstirahət Mərkəzinin iastifadəyə verilməsi də bu mənada hamının sevincinə səbəb olub. Əyləncə  və İstirahət Mərkəzində fəsildən asılı olmayaraq uşaqlara nümunəvi xidmət göstərilir. Hazırda burada müxtəlif yaş qruplarından olan uşaqlar və onların valideynləri öz vaxtlarını  səmərəli keçirirlər.

Bu istiqamətdə görülən işlərin davamı olaraq  Əyləncə və İstirahət Mərkəzinin yaxınlığında yeni istirahət kompleksi də tikilib. Kompleks zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Kompleksin zirzəmisində atıcılıq sahəsi və kafe fəaliyyət göstərəcək. 1-ci və 2-ci mərtəbələrdə isə yeməkxana, ayaqüstü yeməkxana və mərasim üçün xidmət sahələri yaradılacaq.

Yeni istirahət kompleksi 500 kvadratmetr ərazidə inşa olunub.  İstirahət kompleksində işlər, demək olar ki,  yekunlaşmaq üzrədir. Artıq burada işıqlandırma sistemi hazır vəziyyətə gətirilib, piyada yolları  abadlaşdırılıb, ətraf ərazidəki ağaclara aqrotexniki qaydada qulluq edilib  və yeni yaşıllıq zolaqları salınıb.

İstirahət kompleksi  istifadəyə verildikdən sonra burada yeni iş yerləri açılacaq, uşaqlara, həmçinin böyüklərə nümunəvi xidmət göstəriləcək. Naxçıvan şəhərinin giriş hissəsində inşa olunan yeni obyekt şəhərimizə də xüsusi yaraşıq verəcəkdir.

                                                                         Arzu Abdullayev

                                                           “Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: