İsti havalarda necə qidalanmalı?

207

Yay aylarında adətən havaların isti keçməsi ilə əlaqədar çoxlu maye qəbul edirik. Bundan əlavə qidalanmağımıza da diqqət etməliyik. İsti havada qəbul edilən bəzi qidalar orqanizmimizin fəaliyyətinin pozulması ilə nəticələnə bilər.

NUHÇIXAN isti yay günlərində qidalanma ilə bağlı həkim məsləhətlərini təqdim edir.

Həkimlərin məsləhətinə görə, insanlar həmin dövrdə yüngül qidalar qəbul etməli, göyərti və meyvə-tərəvəzə, müxtəlif növ salatlara üstünlük verməlidirlər. Vitamin mənbəyi sayılan çiyələk, qarpız, gilas, ərik, şaftalı kimi meyvələr də çox yeyilməlidir. Qazlı içkilərlə müqayisədə təzə sıxılmış meyvə şirələrinə üstünlük vermək, süd, ayran, bitki və meyvə çayları içmək məqsədəuyğundur. Açıq satılan qidalardan və sulardan uzaq durmaq lazımdır. Yayda artan temperatur uşaqların orqanizmində maddələr mübadiləsinə birbaşa təsir göstərdiyindən onların da qidalanmasında köklü dəyişikliklər baş verir. Bu vaxt qidalanma zamanı alınan kalorilər bədənin temperaturunu isti saxlamaq üçün deyil, onu soyutmaq üçün sərf olunur. Uşaqların hərəkətliliyi vücudun maddələr mübadiləsini sürətləndirir.

Suyun əhəmiyyətli miqdarı bədəndən tərlə çıxır. Onunla birlikdə duz da xaric olur. Uşaqların kompot, su ilə həll edilmiş şirələrdən və nəhayət adi sulardan (onların tərkibində mineral və duzlar var) istifadə etməsi maye balansını düzgün saxlamağa kömək edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: