İstanbuldakı yeni hava limanının illik kirayə haqqı ƏDV daxil olmaqla 1 milyard 45 milyon avro olacaq.
NUHÇIXAN “airlinehaber.com” saytına istinadla xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Mehmet Muş bildirib. Onun sözlərinə görə, yeni hava limanında dövlət bu kirayə haqqını 25 il alacaq.
Qeyd edək ki, İstanbuldakı üçüncü hava limanından ilk uçuş Azərbaycana olacaq.