İsrail parlamenti Ermənistanın tibb universitetlərinin saxta diplomları ilə bağlı həyəcan təbili çalıb

127

İsrail Knessetində təhsil problemlərinin müzakirəsi zamanı deputatlar Ermənistan ali məktəblərinin məzunlarının bilik səviyyəsi ilə bağlı həyəcan təbili çalıblar.

NUHÇIXAN rus dilində çıxan “Vesti İzrailya” nəşrinə istinadla xəbər verir ki, parlamentdə Ermənistanda saxta diplom alan “həkimlərin” İsrailin səhiyyə sistemi üçün təhlükə törətdikləri vurğulanıb.

Professor Şaul Yatsiv parlamentarilərin bu narahatlığını bölüşüb. O deyib: “Xaricdəki şübhəli universitetlərdə tibb təhsili alan minlərlə israilli səhiyyə sistemi və insanların sağlamlığı üçün təhlükə mənbəyidir”.

Bu yaxınlarda İsraildə 3 erməni universitetinin saxta diplomu ilə işləyən 40 həkim və əczaçı həbs olunub. İsrailin Səhiyyə Nazirliyinin kadr şöbəsinin müdiri olan Yatsiv bununla bağlı bildirib ki, bəzi hallarda erməni ali məktəblərində verilən diplomlar saxta çıxmır, lakin məzunların bilik səviyyəsi olduqca aşağı olur. “Həmin universitetlərdə israilli tələbələrin bütün təhsil dövründə bir fəndən də qeyri-kafi qiymət aldığı hal olmayıb. Bu, çox qəribədir! Onlar bu ali məktəblərdə biliklərə yiyələnmədən diplom alırlar”.

“Vesti İzrailya” nəşri Ermənistanda saxta diplomlar alan tələbələrin mənsub olduqları ölkələrin də adlarını açıqlayıb. İsraildə bu diplomları “Qətl lisenziyası” da adlandırırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: