İspaniyada “pomidor döyüşü”

158

Valensiyanın yaxınlığında yerləşən Bunol şəhərində hər il 20 min insanın iştirakı ilə pomidorlarla əsl döyüşü xatırladan “La Tomatina” bayramı keçirilib.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “döyüş” aparılması üçün 160 ton yetişmiş pomidor lazım gəlib.

“Pomidor döyüşü” (La Batallа del Tomate) kimi tanınan məşhur “La Tomatina” festivalı ənənəvi olaraq avqustun son həftəsində ölkənin şərqindəki Bunol şəhərində keçirilir. Sona çatan yay fəslinə həsr edilən bu tədbir bütün ispan festivalları kimi, bayram atəşfəşanlığı, musiqi və rəqslərlə müşayiət olunur. Lakin pomidor festivalının şəhərə çox sayda turistləri cəlb edən fərqli bir xüsusiyyəti də var. Bu bayramın kulminasiya nöqtəsi şəhər meydanında təşkil olunan pomidor döyüşüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: