İspaniya şirkəti Marsda tədqiqat aparan “Curiosity” robotunun yaradılmasında iştirak edib

186

Cəmi 45 əməkdaşın çalışdığı İspaniyanın özəl “RAMEM” şirkəti Mars planetinin səthindəki süxurlarda tədqiqat aparan “Curiosity” robotunun yaradılmasında iştirak edib.

NUHÇIXAN xəbər verir ki, son 15 ildə kosmik texnika sahəsində ixtisaslaşmış şirkət müvafiq istiqamətdə özəl tədqiqatlarını aparır. Bu şirkət öz layihələrinin işlənib hazırlanması üçün cari ildə Madrid Muxtar Birliyi hökumətindən və Avropa Regional İnkişaf Fondundan qrantlar alan 54 kommersiya şirkətindən biridir.

Robotun yaradılmasında “RAMEM” şirkətinin vəzifəsi Milli Aerokosmik Texnikaları İnstitutunun alimləri tərəfindən əvvəlcədən layihələndirilmiş “REM” meteoroloji stansiyanın hazırlanması idi.

Aralarında xeyli sayda elmlər doktoru olan “RAMEM” şirkətinin peşəkarları hazırda yeni marslı robot üçün daha bir meteostansiyanın yaradılması üzərində çalışırlar. Bu stansiyanın 2020-ci ildə Qırmızı planetə buraxılacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: