İspaniya La Liqası: 176-ci Madrid derbisində heç-heçə qeydə alınıb

209

İspaniya La Liqasının yeddinci turunun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi qarşılaşması “Santyaqo Bernabeo” stadionunda baş tutub. Madrid derbisində “Real” – “Atletiko” klubları qarşılaşıb. Hər iki komandanın cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.

Qeyd edək ki, bundan əvvəl komandalar arasında 175 oyun keçirilib. Onların 91-də “Real”, 43-də isə “Atletiko” klubu qalıb gəlib. 41 dəfə Madrid təmsilçiləri meydanı heç-heçə ilə tərk ediblər.

“Real Madrid” klubu üçüncü tur dalbadal qələbə qazana bilmir. Altıncı turda “kral” klubu səfərdə “Sevilya” komandasına böyük hesabla məğlub olmuşdu (3:0).

Hər iki komandanın əzəli rəqibi “Barselona” klubu “Nou Kamp” stadionunda “Atletik Bilbao” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunun 41-ci dəqiqəsində hesabı Bilbao təmsilçisi Oskar de Markos açıb. Oyunun sonlarına kimi “Barselona” klubu daim rəqibin qapısı önündə təhlükəli anlar yaratsa da, yalnız bir qol vurub. Matçın 84-cü dəqiqəsində Munir El Haddadi oyunda tarazlıq yaradıb. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Beləliklə, kataloniyalılar İspaniya La Liqasında üçüncü dəfə ardıcıl olaraq xal itirib. Altıncı turda Ernesto Valverdenin yetirmələri səfərdə “Leganes” klubuna məğlub olmuşdu (2:1).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: