İspaniya çempionatında hər iki Madrid təmsilçisi xal itirdi

157

İspaniya çempionatının dördüncü turuna start verilib.

NUHÇIXAN xəbər verir ki, turun açılış matçında “Atletiko Madrid” klubu doğma meydanda “Eibar” komandasını qəbul edib. Görüşün favoriti “Atletiko Madrid” sayılsa da, hesabı qonaqlar açıb. Qarşılaşmanın 87-ci dəqiqəsində Sergi Enriç fərqlənib. “Atletiko Madrid” oyunun 90-cı dəqiqəsində hesabı bərabərləşdirib, Qarces Moreno adını tabloya yazdırıb.

Madrid şəhərinin digər təmsilçisi “Real” səfərdə “Atletik Bilbao” klubunun qonağı olub. Bu oyun da heç-heçə – 1:1 ilə başa çatıb. Matçın 32-ci dəqiqəsində İker Munyainın qoluna 63-ci dəqiqədə İsko cavab verib. Beləliklə, “Kral” klubu İspaniya çempionatında ilk dəfə xal itkisi ilə üzləşib.

Turun digər oyunlarında növbəti oyunlar keçirilib:

“Real Sosyedad” – “Barselona” – 1:2

“Valensiya” – “Real Betis” – 0:0

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: