İspaniya balqabaq istehsalı üzrə Avropada liderdir

83

İspaniya Avropa İttifaqının hər hansı ölkəsindən daha çox balqabaq istehsal edir. Ötən il İspaniya bostanlarından 115 min ton məhsul götürülüb. İspaniyanın ən yaxın rəqibləri Fransa və Almaniya ildə müvafiq olaraq 96 və 92 min ton balqabaq istehsal edirlər.

NUHÇIXAN  xəbər verir ki, Avropa İttifaqının Statistika Komitəsinin məlumatına görə, Aİ-də balqabaq və balqabaqkimilər fəsiləsindən olan bitkilərin becərildiyi bostanların ümumi sahəsi təqribən 24 min hektardır.

Balqabaq Hellouin bayramının əsas atributudur. Odur ki, adətən oktyabrın sonunda bu tərəvəzin satışı artır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: