İranda baş verən zəlzələdə xəsarət alanların sayı 634 nəfərə yüksəlib

106

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində yaralananların sayı 634 nəfərə çatıb. Xəsarət alanlar əyalətin 6 şəhərinin tibb mərkəzlərinə çatdırılıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Kərmanşah əyalətinin Tibb Elmləri Universitetinin rektoru Reza Moradi məlumat yayıb.

Qeyd edək ki, noyabrın 25-də İraqın paytaxtı Bağdaddan 148 kilometr şimal-şərqdə və İranın İlam şəhərindən 101 kilometr məsafədə 6,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı yer səthindən 40 kilometr dərinlikdə yerləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: