Bu gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Sammitində iştirak etmək məqsədilə İstanbula yola düşüb.
NUHÇIXAN xəbər verir ki, Sammitdə Fələstində baş verən hadisələr, ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi kimi məsələlər nəzərdən keçiriləcək. Prezident Ruhani İran İslam Respublikasının bu məsələlərlə bağlı mövqeyini Sammit iştirakçılarının diqqətinə çatdıracaq.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.