İnstitutun kollektivi Nəbatat bağında olub

517

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun kollektivi AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında olublar.

Bağla tanışlıq zamanı məlumat verilib ki, bura canlı yaşıl muzey olmaqla yanaşı, həm də nadir və faydalı bitkilərin genofondunun qorunub saxlanılması və mühafizəsi baxımından əvəzsiz rola malikdir. Burada  təkcə yerli deyil, dünyanın bir çox ölkələrində yetişən bitki növləri də nümayiş olunur.

Bundan başqa yaşıl muzeydə dərman bitkilərinin əkilib becərilməsi və onların artırılması işləri də aparılır. Canlı təbiət muzeyində gülçülük, tingiçilik, meyvə genefondu bağı, nadir bitkilər kolleksiyası, nadir üzüm sortlarının genefondu bağı üçün də sahələr ayrılıb. Bağda meyvə tingləri calaq edilərək müxtəlif təşkilatlara, fermer təsərrüfatlarına paylanılır.

Bağın ultraseratipli istixanasında müxtəlif iqlim qurşaqlarına aid flora növləri ziyarətçiləri daha çox maraqlandırıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: