İnstagramın yeni baş direktoru Adam Mosseri olub.
NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, o, buna qədər “facebook” sosial şəbəkəsinin foto xidmətlərinə cavabdeh olan bölmələrindən birinin rəhbəri olub. A.Mosseri ümumilikdə “facebook”da 10 ilə yaxın çalışıb.
Ötən ayın sonlarında İnstagramın həmtəsisçiləri Kevin Sistr və Mayk Kriqer şirkətdən istefa verərək gedəcəklərini bildiriblər. Qeyd edək ki, Sistr baş direktor vəzifəsini, Kriqer baş texniki direktor vəzifəsini tutub. Onlar İnstagramda 2010-cu ildən çalışıblar. Hər iki şəxs İnstagramdan getmələrinin səbəbini açıqlamayıblar.