İnkişaf, sabitlik və yüksək rifah…

1. 428

Əgər yüz il, min il bundan sonra da kimsə Naxçıvanın bu günü haqqında hər hansı bir araşdırma aparmış olsa, yəqin ki, onun yazacağı əsərin, məqalənin sərlövhəsi belə olacaq: İnkişaf, sabitlik və yüksək rifah.

Böyük zəhmətlə, vətən sevgisi ilə görülən işlər Vətəni gülüstana çevirir. Güclü və qüdrətli Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası da ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir.
Tarixə nəzər salsaq görərik ki, ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib. Ona görə də bu qəhrəmanlıqların müəllifi olan liderlərin ömrü illərlə deyil, onların əməlləri ilə ölçülür.
Bir daşla divar hörülmədiyi kimi, inkişaf, rifah da bir sahəyə qayğı ilə başa gəlmir. Muxtar respublikada iqtisadiyyat da, sosial məsələlər də, ordu quruculuğu da eyni qayğı əhatəsindədir. Atılan hər bir addım, qəbul edilən hər bir qərar konkret hədəfə, çoxşaxəli inkişaf perspektivlərinə hesablanıb. Hər bir sahədə yenilik, tərəqqi müşahidə olunur. İnsan amilinə yüksək qiymət verilir. Yerli istehsalın və ixracın həcmi artıb. Yeni iş yerləri açılıb, işsizlik minimuma endirilib.
Artıq Naxçıvanın blokada şəraitində olması inkişaf üçün, iş görmək üçün əngəl deyil. Çünki fasilələrlə enerji alan, çörək növbələri az qala həyat tərzinə çevrilən Naxçıvanda bu gün ərzaq və enerji təhlükəsizliyi təmin olunub. Güclü ordu yaradılıb. Gələcəyimizi etibar edəcəyimiz sağlam gənclik formalaşıb. Bu gün Naxçıvan tarixini kərpic-kərpic bərpa edir. Naxçıvan qurulur, müasirləşir, abadlaşır, inkişaf edir. Naxçıvan Muxtar Respublikasında görülən bütün bu işlərin, nail olunmuş inkişafın bir səbəbi var: O da Vətənpərvərlikdir. Özü də sözdə yox, əməldə, işdə olan Vətənpərvərlik…
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında davam etdirilən ulu öndər Heydər Əliyevin yolu inkişafın, tərəqqinin, sabitliyin, rifahın yoludur.
Amalımız, yolumuz daim açıq olsun!

 

Ülvi Hüseynli,

Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: