İngilis dilində olan “Vikipediya”da şəhid Fərid Əhmədov haqqında məqalə yerləşdirilib

181

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda məqalələrin yaradılması prosesi davam edir.

MEK-dən NUHÇIXAN-a bildiriblər ki, ingilis dilində olan “Vikipediya”da Azərbaycanın qəhrəman oğlu, Qarabağ müharibəsi şəhidi, zabit Fərid Əhmədov haqqında məqalə yerləşdirilib.

Məqalədə qəhrəman döyüşçünün həyatı haqqında məlumatlar öz əksini tapıb. Məqalədə bildirilir ki, F.Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün onun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşması nəticəsində qaytarılıb. 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.

Məqalə ilə daha ətraflı https://en.wikipedia.org/wiki/Farid_Ahmedov?fbclid=IwAR1ummlTOzXeLtypLqAMbVtgjARb9pI-H9YnQBFBxs2JT3N-MHzO8LkOpcs linkində tanış olmaq mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: