İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 2091 nəfərə çatıb

172

İndoneziyanın Sulavesi adasında sentyabrın 28-də baş vermiş dağıdıcı zəlzələ və sunami nəticəsində həlak olanların sayı 2091 nəfərə çatıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə bazar günü Detik informasiya portalı məlumat yayıb. Mərkəzi Sulavesi əyalətinin rəsmi nümayəndəsinin sözlərinə görə, genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının oktyabrın 12-də başa çatmasına baxmayaraq, dağıntıların təmizlənməsi prosesində xilasedicilər cəsədlər aşkarlayırlar.

Təbii fəlakət nəticəsində yaralananların ümumi sayı isə 10,6 min nəfərdən çoxdur. Onların 2,6 mindən çoxunun vəziyyəti ağır qiymətləndirilir. Bununla yanaşı, 680-dən çox insanın da itkin düşdüyü bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: