İndoneziyada zəlzələ qurbanlarının sayı 1650 nəfərə çatıb

181

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1650 nəfərə çatıb, 563 nəfər isə itkin düşüb. “Detik” xəbər portalının yaydığı məlumata görə, bu rəqəmi ölkənin siyasi, ədliyyə və təhlükəsizlik məsələləri üzrə nazir-əlaqələndirici Viranto açıqlayıb.

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Viranto həlak olanların hamısının şəxsiyyətinin müəyyən edilmədiyini söyləyib. Etiraf edib ki, infeksion xəstəliklərin yayılmasına yol verməmək məqsədilə ölənlər təcili dəfn edilməlidir

Xatırladaq ki, sentyabrın 28-də İndoneziyada 7,4 bal gücündə zəlzələ baş verib, 360-dan çox afterşok qeydə alınıb. Güclü yeraltı təkanlar sunamilərin meydana gəlməsinə gətirib çıxarıb, dalğanın hündürlüyü 5-7 metr olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: