İncəsənət fakültəsində Milli Musiqi günü qeyd olunub

270

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində  Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə vurğulanıb ki,  ümummilli lider Heydər Əliyevin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə  Musiqi Günü kimi qeyd olunur.

Tədbirin bədii hissəsində dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyasından müqəddimə, “Əsgərin ariyası”, “Telli və Vəlinin dueti”, “O olmasın, bu olsun” musiqili komediyasından parçalar ifa olunub. Üzeyir Hacıbəyovun “Sənsiz”, bəstəkarın əsərlərindən işləmələr, Tofiq Quliyevin “Qaytağı” bəstələri tədbiri daha yaddaqalan edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: