İmmun sistemi orqanizmi bakteriya və infeksiyalardan qoruyur, qocalıq prosesini ləngidir və bədəni gümrah saxlayır.
Orqanizmin antioksidant mexanizminin fəaliyyətində də rol oynayan immunitetin zəifləməsi nəticəsində bəzi xəstəliklər əmələ gəlir.
NUHÇIXAN xəbər verir ki, daxili xəstəliklər üzrə türkiyəli həkim Aytac Karadağ immun sistemini gücləndirmək yolları haqqında məlumat verib.
Xroniki yorğunluq varsa, diqqət!
Xroniki yorğunluq sindromu son illərdə insanlar arasında durmadan artır. Heç bir iş görmədiyiniz halda yorğunluğun hiss edilməsi immun sisteminin zəifləməsinin əlamətidir. Səhər yorğun qalxırsınızsa, yaxud istirahətdən sonra özünüzü yenə yorğun hiss edirsinizsə, bu, həkimə müraciət etmək üçün yetərli əlamətlərdir.
İnfeksiyaların tez-tez təkrarlanması
Yay aylarında qrip, zökəm, soyuqdəymə yaranırsa və bunlar davamlı təkrar edirsə, dərmanlarla müalicəyə başlamazdan əvvəl immun sistemini yoxlamağa dəyər. İshal, sidik yolu infeksiyaları, genital infeksiyaları, göbələk, tənəffüs yolu infeksiyalarının tez-tez təkrarlanması immunitetinin aşağı düşməsinin mühüm xəbərdarlığıdır.
İmmuniteti təmin edən ağ qan hüceyrələri lazimi səviyyədə olmadıqda, bədən infeksiyalara daha asan yoluxur və daha çətin sağalır.
Dəriniz həyəcan siqnalı çalır
Cilddə yaraların gec sağalması, göbələk infeksiyalarının tez-tez təkrarlanması immun sisteminin zəiflədiyini göstərən erkən əlamətidir.
Allergik şikayətlərin çoxalması immun sistemin tarazlığının pozulmasını bildirir. İmmun sistemi çox işləyəndə allergiya əmələ gəlir, az çalışanda infeksiyalar inkişaf edir. Burun axıntısı, asqırıq, gözlərdə yaşarma, öskürək, təngənəfəslik, dəridə qaşınma allergik mənşəli ola bilər.
Ağız içi yaraları hətta xərçəng əlaməti ola bilər
İldə 4 dəfədən çox viruslara bağlı yaranan ağız içi yaraları ya da burun ətrafında uçuqların yaraması immunitetin aşağı düşdüyünü bildirir. Ağız içində və dildə orta hissəsi ağ oaln yaraların ildə 4 dəfədən çox çıxması immunitet zəifliyi və ya bəzi vitamin çatışmazlığının əlamətləri sayılır.
Kandida yaraları hətta xərçəng inkişafına gətirib çıxara bilər.
İmmuniteti gücləndirmək üçün 6 qızıl məsləhət
1. Nizamlı və balanslı qidalanın. Xüsusən, A, B, C, E, D vitaminləri və müxtəlif mineralları ehtiva edən qidalar yeyin.
2. Normal yuxu rejiminə əməl edin. Minimum 6-8 saat yatmağa və hər gün eyni saatlarda yatağa girməyə çalışın.
3. Stress və qayğılardan mümkün qədər uzaq olun.
4. Açıq havada mütəmadi şəkildə məşq həm zehni, həm də fiziki baxımdan bədənə müsbət təsir göstərir, eləcə də immuniteti gücləndirir.
5. Həzm sisteminin yaxşı çalışması da immunitetin fəaliyyəti üçün son dərəcə əhəmiyyətlidir.
6. Bol su için. Su orqanizmin hüceyrələrinin daha yaxşı işləməsinə təkan verir. İmmuniteti möhkəmləndirmək üçün gündə minimum 1-2 litr su içilməlidir.