İmmuniteti gücləndirən qidalar

259

Havalar soyuyana qədər immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin olan qidalar qəbul etmək lazımdır.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-diyetoloqu Leyla Zülfüqarlı immunitetin qüvvətlənməsinə kömək edən qidalar haqqında AZƏRTAC-a məlumat verib: “Hər gün süd, pendir, yoqurt, kəsmik, az və ya orta dərəcədə yağlılığı olan digər ağartı məhsulları yemək məsləhət görülür. Hər səhər kərə yağı ilə buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox xeyirli üsullardan hesab edilir. Gün ərzində 150 qram kefir və ya yoqurt yemək soyuqdəymə riskini azaldır. Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomoderatordur. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferon yaranmasına kömək edən çoxlu maddələr var.

Brokoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələri, eləcə də sərbəst radikallardan qoruyan beta-karotin maddəsi ilə zəngindir.

Bildirçin yumurtası, soğan, sarımsaq, qıtıqotu, balıq, badam, qarabaşaq, darı, yulaf, narıngi, kivi, limon, portağal, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələm də immun sistemini qüvvətləndirən qidalardan hesab edilir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: