İlin birinci yarısında muxtar respublikada 1700-dən çox işaxtaran işlə təmin olunub

269

Muxtar respublikada aktiv məşğulluq tədbirləri diqqətdə saxlanılır. Təkcə bu ilin birinci yarısında 1708 nəfər işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu dövrdə 156 nəfər müvəqqəti, 112 nəfər işaxtaran isə sosial əhəmiyyətli haqqıödənilən işlərə cəlb edilib. Onlardan 13-ü sağlamlıq imkanları məhdud şəxsdir. Təşkil olunmuş əmək yarmarkalarında isə 212 nəfər işlə təmin edilib. Hərbi xidmətdən tərxis olunan gənclərin də məşğulluğu diqqət mərkəzində saxlanılıb, 14 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 3 nəfər peşə hazırlığı kursuna cəlb olunub.

Bu dövrdə kənd mərkəzlərində yaradılmış dərzi sexləri, bərbərxana və gözəllik salonlarında monitorinqlər aparılıb, mövcud boş iş yerlərində çalışmaq istəyən şəxslər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 2 kurs təşkil olunub. Həmin mərkəzlərdə 15 bərbər, 28 bərbər-manikürçü və 5 dərzi olmaqla, 48 nəfər işlə təmin edilib.

İlin birinci yarısında nazirlik tərəfindən sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğunun təmin olunmasına diqqət artırılıb, 10 nəfər kvota yerləri üzrə işə göndərilib, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 42 nəfər işlə təmin olunub. Sosial qayğıya ehtiyacı olan 66 aztəminatlı ailənin fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına köməklik göstərilib.

Bu dövrdə peşə təhsilinə malik sağlamlıq imkanları məhdud 43 nəfər münasib işlə təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: