“İlin ən yaxşı kitabı”

75

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları  İsmayıl Bağırov və Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktik  izahı” adlı kitabının təqdimat mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, dərs vəsaitində  Azərbaycan Respublikasının  vergi sisteminin  strukturu,  ölkədə fəaliyyət göstərən  bütün vergi növləri maddələrlə izah edilib. Vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapıb. Vəsait iqtisadi ixtisaslar üzrə təhsil alan  tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasiblər, iqtisadçılar, vergi sistemi işçiləri  həmçinin vergitutmanın  əsaslarını  müstəqil surətdə öyrənmək  istəyənlər üçün nəzərdə tutulub.

Qeyd edək ki,  aprelin  28-29-da keçirilən İkinci Milli Mühasiblər  Forumunda  mühasibatlıq  və vergi sahəsində  yazılmış ilin ən yaxşı müsahibat uçotu müsabiqəsi keçirilib. “Vergi məcəlləsinin xüsusi hissəsinin praktik  izahı”   50-ə yaxın  kitabın içərisindən  vergi uçotu istiqaməti üzrə ilin ən yaxşı kitabı nominasiyasına  layiq görülüb.

 

Nuray Əsgərova

NTV Xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: