II və III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər üçün müvafiq vəsaitlər gün ərzində nəşr olunacaq

308

İyulun 30-da Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi prosesinin başlanmasına həsr olunan mətbuat konfransı keçirib.

NUHÇIXAN xəbər verir ki, konfransda kütləvi informasiya vasitələrinin 30-dək nümayəndəsi iştirak edib.

M.Abbaszadə diqqətə çatdırıb ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi internet vasitəsilə aparılır və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” linki günün ikinci yarısından etibarən aktiv ediləcək. Elektron ixtisas seçimi ərizələrinin təsdiqi avqustun 13-dək davam edəcək.

DİM Direktorlar Şurasının sədri 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunun dərc edildiyi “Abituriyent” jurnalının dördüncü buraxılışı, eləcə də abituriyentlərə kömək məqsədilə nəşr olunan “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” vəsaitləri haqqında məlumat verib. Bildirilib ki, II və III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər üçün müvafiq vəsaitlər gün ərzində nəşr olunacaq və onların ixtiyarına veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: