İdman təzyiq və diabet kimi xəstəliklərin yaranmasının qarşısını alır

136

İdman etmək ürək-damar sistemi, təzyiq və diabet kimi xəstəliklərdən qoruyur, artıq çəkidən xilas olmağa kömək edir, immun sistemini gücləndirir. Sağlamlıq üçün həftədə üç gün 30-35, artıq çəkidən xilas olmaq üçün isə dörd gün 45 dəqiqə idman etmək lazımdır.

NUHÇIXAN həkim və mütəxəssislərin rəyinə əsasən xəbər verir ki, arıqlamaq üçün hər gün 15-20 dəqiqə idmanla məşğul olmaq vacibdir. Ən idealı isə hər gün orta sürətlə 45-50 dəqiqə qaçmaq kifayətdir. Ağırlıq qaldırmaq isə maddələr mübadiləsini sürətləndirməyə yaxşı təsir göstərir.

Plansız edilən idman xeyirdən çox ziyan verir. Əgər məqsəd artıq kilolardan xilas olmaqdırsa, qaçış və üzgüçülük bu məqsədə çatmaq üçün ən yaxşı vasitədir. İdmanla acqarına məşğul olmaq da məsləhət görülmür.

İdman məşqlərinə səhər yeməyindən iki saat sonra başlamaq lazımdır. Səhər erkən saatlarda idman etdikdən sonra isə bir az karbohidrat-kişmiş, 2-3 quru ərik və qoz qəbul edilməlidir. Səhər yeməyində buğda çörəyi ilə hazırlanan pendirli sendviç, pomidor və xiyar yaxşı seçim ola bilər. İdman məşğələsindən bir saat əvvəl süd, yoqurt və meyvə ilə qəlyanaltı etmək olar.

Ac olanda daha çox enerji sərf edilir, bu isə idman məşğələsindən sonra daha çox yeməyə həvəs yaradır. Məşqlərdən sonra banan və ya pomidor şirəsi içmək vacibdir. E vitamininə olan tələbatı ödəmək üçün 10-15 fındıq və ya badam yemək məsləhət görülür. Axşam saatlarında idman edənlərin də məşqdən sonra qida qəbul etməsi vacibdir. Bu, sendviç və ya meyvə ola bilər. İdman hərəkətləri edərkən su içilməlidir ki, bu da arzuolunan bədən quruluşuna sahib olmağa kömək edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: