İbrahim Kalın: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir

123

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir.

NUHÇIXAN xəbər verir ki, bu fikri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Mətbuat katibi, həmçinin qeyd edib ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.

İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır. Mətbuat katibi vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması baxımından da çox vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: