İbadulla kənd mərkəzi istifadəyə verilib

742

Sentyabrın 15-də İbadulla kənd mərkəzinin açılışı olub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 74 yerlik zal yerləşir. Yeni Azərbaycan Partiyası İbadulla kənd ərazi ilk təşkilatının 245 üzvü vardır. Onlardan 62-si gənc, 34-ü isə qadındır.

Kitabxanada 5063 ədəbiyyat vardır. Onlardan 1144-ü latın, 3919-u isə kiril əlifbası ilə çap olunmuş kitablardır. Bildirilib ki, müasir kitabxana oxucu sayının artmasına imkan verir. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.

Məlumat verilib ki, İbadulla kəndində əkinçiliyin və heyvandarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Yeni suvarma xəttinin çəkilməsi torpaqların su təminatını xeyli yaxşılaşdırıb. Artıq kənddə təsərrüfatlar genişlənir, insanların yaşayışı yaxşılaşır, məskunlaşma artır. Son illər kənddə 20 yeni ev tikilib.

Rabitə evində quraşdırılan 512 yerlik yeni nəsil ATS İbadulla və Qışlaqabbas kəndlərində 425 abonentə xidmət edir. Hazırda İbadulla kəndində 95 internet istifadəçisi vardır. Müasir şərait və yeni avadanlıqlar istifadəçilərin sayının artmasına səbəb olub. Hazırda 100 abonent internet çəkilişi üçün müraciət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: