Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi elm ilə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsi keçirir.
Muzeydən NUHÇIXAN-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin irsini təbliğ etməkdir. Tələbə və şagirdlər mövzu üzrə bədii qiraət nümunələrini müsabiqəyə təqdim edə bilərlər. Bədii qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.