Hindistanda dünyanın ən hündür heykəli quraşdırılıb

109

Hindistanda dünyanın ən hündür abidəsinin – Birlik Heykəlinin quraşdırılması prosesi başa çatıb.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Hindistanın müstəqilliyi uğrunda mübarizənin qəhrəmanı Sərdar Vallabhai Patelin 182 metrlik heykəli Hucarat ştatında Vadodara şəhəri yaxınlığında ucaldılıb. Heykəl 58 metrlik postamentin üzərində quraşdırılıb. Kompleksin ümumi hündürlüyü isə 240 metrə yaxındır.

Abidənin açılış mərasimində Hindistanın Baş naziri Narendra Modi iştirak edib.

Patelin heykəli indiyə qədər dünyanın ən uca monumenti sayılan Çindəki Cjunyuan Budda heykəlindən 23 metr, Nyu-Yorkdakı “Azadlıq” heykəlindən isə demək olar ki, iki dəfə hündürdür.

Qeyd edək ki, Hindistanın milli qəhrəmanı Sərdar Vallabhai Patel, eyni zamanda, ölkə konstitusiyasının müəlliflərindən biridir. O, 1947-1950-ci illərdə Hindistanın daxili işlər naziri və baş naziri işləyib, vətən qarşısında xidmətlərinə görə Sərdar adına layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: