Heyvandarlıq məhsulları istehsalında artım qeydə alınır

1. 954

Heyvandarlığın genişləndirilməsi və inkişafı üçün rayonumuzda geniş otlaq sahələri mövcuddur. Sahibkarlığın formalaşması üçün hüquqi bazanın olması və dövlətimizin bu sahəyə kifayət qədər dəstək verməsi də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. Göstərilən şərtlər heyvandarlığın inkişafına əngəl olan problemləri aradan qaldırmaqla, onun rentabelliyini artırır.

Elə bunun nəticəsidir ki, sahibkarlıq subyektləri tərəfindən 2018-ci ilin səkkiz ayında istehsal edilən 91 milyon 950,9 manatlıq kənd təsərrüfatı məhsullarının ən azı üçdə-biri heyvandarlığın və quşçuluğun payına düşür. Konkret rəqəmlərlə desək, qaramal və davarların, quşların sayının ildən-ilə artması hesabına indiyədək diri çəkidə 4 min 112,5 ton ət, 20 min 985 ton süd, 19 milyon 448 min ədəd yumurta, 152,9 ton yun istehsal olunub. Bu, 2017-ci ilin eyni dövründəki rəqəmləri üstələyir.

Ümumiyyətlə, heyvandarlıq rayonumuzda inkişaf etmiş sahələrdən sayılır. Kəndli-fermerlər təsərrüfat işlərini çox yaxşı planlaşdıra bilirlər. Bu, əsasən mal-qaraya mövsümə uyğun qulluq işlərinin görülməsində, yem ehtiyatının yaradılmasında özünü göstərir. Çoxillik yem sahələrindən və taxıl zəmilərindən vaxtında kifayət qədər ehtiyat toplandığından qış aylarında əlavə problem yaranmır. Bundan başqa, mal-qaranın cinsinin yaxşılaşdırılması üçün də tədbirlər görülür, süni mayalanmaya üstünlük verilir, digər baytarlıq xidmətlərindən səmərəli istifadə edilir. Nəticədə, daxili istehsal nəinki rayonun özünə artıqlaması ilə bəs edir, hətta Naxçıvan şəhərindəki bazarlara da ət və süd məhsulları çıxarılır.

Rayonumuzun heyvandarları bu il də payız-qış mövsümünə əvvəlcədən hazırlıq tədbirləri həyata keçirdiklərindən ilin soyuq fəsillərində heç bir problemlə üzləşməyəcəklər.

                                                    “Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: