Heydər Əliyev lektoriyası keçirilib

207

Naxçıvan Dövlət Universitetinin Mətbuat Şöbəsindən NUHÇIXAN-a bildirilib ki, universitetdə “Qurtuluşdan başlanan tərəqqi yolu” adlı lektoriya keçirilib.

Tədbirdə Azərbaycanı məhv olmaq, parçalanmaq təhlükəsindən xilas edən ulu öndər Heydər Əliyevin ömür yoluna nəzər salınıb.

Vurğulanıb  ki, 1997-ci ilin 27 iyununda xalqın arzusu və Milli Məclisinin qərarı ilə 15 İyun Azərbaycanda  Qurtuluş günü kimi rəsmiləşdirilib, 1998-ci ildən isə dövlət bayram statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilir. Çünki məhz Azərbaycanın müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi tarixi məqamda Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas edib, qurtuluşumuzun təməlini atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: