“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib

163

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzusunda tədbir keçirilib.                                               

Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyində tələbələrin iştirakı ilə keçirilən tədbirdə muzeyin direktoru, YAP Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev Heydər Əliyev haqqında iştirakçılara geniş məlumat verib.

Vurğulanıb ki, gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir ki, Naxçıvan gəncləri muxtar respublika paytaxtının 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsinə öz səyləri ilə nail olublar.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşı Arzu Qasımov, Naxçıvan Dövlət Universitetinin müəllimi Arzu Abdullayev mövzu ətrafında çıxış ediblər.

Sonra “O Heydər Əliyev idi” filmi nümayiş etdirilib. Tədbir iştirakçıları sonda Heydər Əliyev muzeyinin ekspozisiyası ilə tanış olublar.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: