Havuş kəndində yeni cəviz bağı salınıb
NUHÇIXAN xəbər verir ki, Şərur rayonun Havuş kəndində 4 hektarlıq ərazidə yeni cəviz bağı salınıb. Ayrılmış ərazidə əvvəlcədən hazırlıq işləri aparılaraq sahə münbitləşdirilib. Yeni salınan bağda 500-ə yaxın cəviz ağacı əkilib. Əkilən tinglər yerli şəraitə uyğun məhsuldar toxum sortlarından əldə olunub. Cəviz bağının sahəsi artırılaraq 20 hektara çatdırılacaq.
Naxçıvanda son illərdə yaşıllıqların ümumi sahəsi 0,6 faizdən 14 faizə qədər artıb. 1990-cı illərin əvvəllərində insanlar enerji ehtiyatı kimi baxdıqları yaşıllıqlara bu gün artıq oksigen mənbəyi və ekoloji mühitin tənzimlənməsi üçün mühüm vasitə kimi baxırlar.
Mədinə Rəhimli